“Xəzər Lənkəran” 3 futbolçunu yola salıb, Adrian Pitsi gözləyir
05.07.2011 - 12:08
Avstriyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” rəhbərliyi düşərgəsində baxışda olan futbolçulardan üçü ilə bağlı qərarını verib. Apasport.az saytının məlumatına görə, rumıniyalı baş məşqçi Mirça Rednik sərəncamında görmək istəmədiyi legionerlərdən imtina edib.
Bunlar rumıniyalı qapıçı Emilian Dolha, nigeriyalılar - Tosin Dosunmu və müdafiəçi Dino Ezedir. Bir neçə gündür komandanın düşərgəsində olan bu oyunçular özlərini doğrulda bilməyiblər.
Əvəzində “Xəzər Lənkəran”ın düşərgəsinə daha 2 oyunçunun gələcəyi gözlənilir. Bunlardan biri ötən mövsüm komandanın şərəfini qorumuş rumıniyalı Adrian Pitsdir. Geri qayıdacaq yarımmüdafiəçi ilə yanaşı təcrübəli braziliyalı futbolçu da komandaya qoşulmalıdır.

0
0