Tofiq Bəhramovun idarə etdiyi məşhur oyun kölgədə qaldı
05.07.2011 - 13:00
Tofiq Bəhramovun idarə etdiyi məşhur oyun kölgədə qaldı
Dünyanın ən məşhur stadionlarından biri olan “Uembli”nin tarixindəki ən əlamətdar hadisələrin siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İngiltərə Futbol Assosiasiyası keçirdiyi sorğu nəticəsində bu suala aydınlıq gətirib. 55 minə yaxın respondentin qatıldığı səsverməyə əsasən məlum olub ki, “Muse” rok-qrupunun 2007-ci ildə təşkil olunan konserti “Uembli” tarixinin ən önəmli hadisəsıdir.

İngiltərəli futbol funksionerləri ilk sıralarda idman tədbirlərinin yer alacağını ehtimal edərək soröu keçirsə də yanılıb. Belə ki, “Top-5” də yalnız 1 idman hadisəsi yer alıb. Bu da 1966-cı ildə keçirilən dünya çempionatının İngiltərə və Almaniya yığmaları arasında məşhur final oyunudur. Azərbaycanlı yan xətt hakimi Tofiq Bəhramovun 45 il əvvəl verdiyi qərarla tarixinin yeganə çempionluğunu qazanan ingilislər həmin hadisəni “Uembli” tarixi üçün 5-ci sayır.