Arminas Narbekovas: Avroliqayla şərəflə vidalaşmaq istəyirik
05.07.2011 - 13:39
Arminas Narbekovas: Avroliqayla şərəflə vidalaşmaq istəyirik
“Komandada əhval-ruhiyyə yaxşıdır. Ölkə çempionatının son turundakı qələbə göstərdik ki, “Qarabağ”a uduzmağımız Avroliqa həyəcanı ilə bağlı idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Litvanın “Banqa” klubunun baş məşqçisi Arminas Narbekovas deyib.

Avroliqanın I təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubu ilə qarşılaşıb ilk matçda 0:4 hesabı ilə uduzan litvalıların çalışdırıcısı cavab oyunu haqda fikirlərini açıqlayıb: “Çempionatın növbəti oyununa 3 həftə var. Ona görə də fasiləyə yaxşı əhval-ruhiyyədə yollanmaq istəyirik. Bu, “Qarabağ”la Bakıdakı qarşılaşmadan asılıdır. Avroliqayla şərəflə vidalaşmaq istəyirik. İlk görüşdəki 0:4 hesablı məğlubiyyət çox ağrıverici idi. Əlbəttə, uduzmaq olar. Amma belə yox da. Lakin bunu da faciə saymıram. Qarşıdakı matçda da Ostap, Ekvenqo, Qridis, Tatyefanq zədə üzündən bizə kömək etməyəcək. Götrək onları kiminlə əvəzləyirik”.