“Abşeron” dağılsın, Sumqayıtda futbol olmasın!
05.07.2011 - 14:01
Birinci divizionun çempionu “Abşeron” klubunun Premyer Liqadan kənarda qalması və əvəzində “Sumqayıt şəhər”in bu liqada iştirak etməsi son günlər kütləvi informasiya vasitələrinin əsas müzakirə mövzularından birinə çevrilib. Ancaq təəssüflər olsun ki, bu müzakirələrdə bəzən subyektiv fikirlərə daha çox üstünlük verilir və bununla da məsələnin mahiyyəti unudulur. Bununla əlaqədar bəzi məqamlara toxunmaq istərdik.
Birincisi, “Abşeron”un ötən mövsüm ərzində qazandığı uğurları yüksək qiymətləndirib, Premyer Liqada daha bir rəqabətli komandanın olacağına biz də sevinirdik. Mövsüm ərzində bir dəfə də məğlubiyyət acısı yaşamayan klubun iddialı olacağı çempionatımızın səviyyəsini artıracaqdı. Lakin maliyyə problemləri ilə üzləşən komanda bu arzularımızı reallaşdıra bilmədi. Yetərli maliyyə mənbəyi olmayan klubun isə Premyer Liqada çıxış etməsinə nə ehtiyac? Belə olan təqdirdə klub rəhbərliyinin çıxış yolu kimi “Sumqayıt şəhər” klubuna birləşməsi ilə bağlı müqavilə bağlamasını ilk anda qiymətləndirmək lazımdır.
Yəni klubun prezidenti Yaşar Rüstəmov komandanın I divizionda qazandığı uğurların davam etdirilməsi, futbolçuların və texniki heyətin qazandığı təcrübədən istifadə edilməsi məqsədilə bu addımı ataraq, iyunun 29-da “Sumqayıt şəhər” klubunun rəhbərliyi ilə müqavilə imzalayıb. Avtomatik olaraq belə bir sual yaranır: Rüstəmov nə üçün klubun birləşdirilməsinə razılıq verib? Əgər onu buna məcbur ediblərsə, niyə bir dəfə də olsun səsini çıxartmayıb, mətbuata da narazılığını bildirməyib? Susmağı üstün tutub? Təəssüflər olsun ki, belə məqamda susmağa heç bir ehtiyac yox idi. Biz hələ başqa qaranlıq məqamları demirik...
İkincisi, “Abşeron” maliyyə ucbatından Premyer Liqada iştirakdan imtina etdi və klubun “Sumqayıt şəhər”ə birləşdirilməsi ilə bağlı müqavilə imzalandıqdan sonra birləşmiş klubun rəhbərliyi nə etməli idi? Klubu bağlamalı və ya əlini əlinin üstünə qoyub gözləməli idi? Əgər klubun Premyer Liqada iştirak etməsi üçün bütün hüquqi baza var idisə, niyə bundan səmərəli istifadə edib, Sumqayıt kimi futbol ənənəsi və stadionu olan bir şəhərin komandasını formalaşdırmasın? Klubun qısa vaxt ərzində özünə sponsor tapması və “Azərkimya” İB ilə müqavilə imzalaması və qeyd etdiyimiz kimi bütün hüquqi amillərdən yararlanıb Premyer Liqada iştirak etməsini bildirməsi yalnız və yalnız alqışlanmalıdır.
Hələ bu azmış kimi, uzun illər təmirsiz qaldığından yararsız hala düşən M.Hüseynzadə adına stadion təmir olunacaq. Biz ölkəmizdə futbolun inkişafını həqiqi mənada istəyiriksə, belə bir təşəbbüsün kimdən gəlməsindən asılı olmayaraq, bunu dəstəkləməliyik. Sevinməliyik ki, uzun illər futbolsuz qalan gənclər şəhərində futbol həyatı yenidən başlayacaq, şəhər sakinləri sevimli komandalarına dəstək olmaq imkanı əldə edəcək.
Üçüncüsü, dünəndən məşqə başlayan komandanın məşqçi və futbolçu heyətinə xüsusilə diqqət yetirmək istərdik. Klubun alman baş məşqçisi Bernhard Raaba U-17-nin sükanı arxasında son vaxtlar ardıcıl uğurlar qazanan – Qazaxıstanda keçirilən “Prezident Kuboku”nun qalibi, Moldovada beynəlxalq turnirin çempionu və ölkəmizdə ilk dəfə təşkil olunan və Türkiyə, İspaniya, Gürcüstan kimi güclü yığmaların iştirak etdiyi “Caspian cup” turnirində III olan Təbriz Həsənovun və uzun illər milli komandanın şərəfini qoruyan və kapitanı olan Aslan Kərimovun (oynayan məşqçi) köməklik etməsini niyə də qiymətləndirməyək? 17 yaşdan sonra ən yaxşı halda ehtiyat oturacaqlarında yer alan millinin bir çox futbolçusunun klubun heyətində meydana çıxmasının, təcrübə toplamasının, əzmkarlığını, fiziki və texniki hazırlıqlarını durmadan artırmasının kimə xeyri dəydiyini deməyə isə heç bir ehtiyac yoxdur.
Əgər bu gün 17 yaşı tamam olmamış futbolçu kimi öz sözünü deməyi bacaran Ruslan Nəsirli, Orxan Əliyev, Rüstəm Əsgərov, Şamil Cəmaləddinov, onlardan 1 yaş böyük Emin Balayev və başqalarının Aslan Kərimov, sumqayıtlı Samir Abbasov kimi təcrübəli futbolçularla bir komandada oynayaraq təcrübə toplamasının nəyi pisdir?
Dördüncüsü, bir vaxtlar “Gəncə” klubu da yeni-yeni formalaşanda ona ağız büzənlər klubun qısa vaxt ərzində qazandığı nailiyyətlər qarşısında susmağa məcbur oldular. İndi də tələsməməliyik, komandanın yaranmasına, Sumqayıt kimi bir şəhəri təmsil etməsinə, gənclərdən və yalnız əksəriyyəti yerli futbolçular hesabına formalaşmasına obyektiv münasibət bildirək. “Abşeron” dağılsın, Sumqayıtda futbol olmasın prinsipi ilə futbolumuzu heç vaxt inkişaf etdirə bilmərik...
ELMAN

0
0