Vaqif Cavadov: Rusiya çempionatı Hollandiya çempionatından daha güclüdür
05.07.2011 - 14:45
“Şəxsi məsələlərin həlli üçün hələ də Bakıdayam. Yalnız bu işləri qaydasına qoyduqdan sonra “Volqa”ya qoşulacağam”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının və Rusiyanın “Volqa” klubunun futbolçusu Vaqif Cavadov deyib.
O, yeni komandasında oynayacağı nömrəni də müəyyənləşdirib: “Bilirəm ki, sevimli 7 nömrəmin burada sahibi var. Lakin eyni yox, mən 77-ni götürərəm”.
22 yaşlı hücumçu rus həmkarlarımıza müsahibəsində milli komandanın baş məşqçisi Berti Foqtsla münasibətlərinə də aydınlıq gətirib: “Mənim Foqtsla problemimin olması uydurmadır. Əgər belə olsaydı, mən bu qədər oyun keçirərdim? Heç vaxt heç bir məşqçi ilə münaqişədə olmamışam”.
Cavadov “Rusiyadan aldığım təkliflərə heç baxmıram da” deyən Dmitri Bulıkinin fikirlərinə münasibət bildirib: “Dmitriyə hörmətim var, amma o, düz demir. Rusiya çempionatı Hollandiyadakından güclüdür. Orada 2-3 komanda çempionluğa oynayırsa Rusiyada bu rəqəm 6-7-dir. Elə futbolçuların səviyyəsi da Rusiyada daha yüksəkdir”.

0
0