“AZAL ilk matçla müqayisədə bir az zəif oynayacaq”
05.07.2011 - 16:08
“AZAL ilk matçla müqayisədə bir az zəif oynayacaq”
“AZAL-la Bakıdakı qarşılaşmada həmişəkindən çox güc sərf etdik. Bu da isti hava ilə bağlı idi. Bütün oyunu məndən tər axırdı. Hətta dayananda da belə idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belarusun “Minsk” klubunun futbolçusu Simas Skinderis deyib.

Litvalı qapıçı Avroliqanın I təsnifat mərhələsinin AZAL-la cavab oyunu haqda fikirlərini açıqlayıb: “Minskdə işimiz asan olacaq. Rəqibimiz ilk oyunda əla oynadı. Amma bizim onlara imkan verdiyimiz qədər yaxşı. Minskdə isə belə olmayacaq. AZAL ilk matçla müqayisədə bir az zəif oynayacaq. Axı biz istidə deyil, öz meydanımızda oynayacağıq. Üstəlik azarkeş dəstəyimiz də olacaq”.