Yenə məğlubiyyət
05.07.2011 - 15:26
Yenə məğlubiyyət
Bu gün 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Almaniyanın Duysburq şəhərində təşkil olunmuş turnirdə üçüncü oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Nikolay Adamın yetirmələri “Baden” U-16 komandası ilə qarşılaşıb. Oyun almaniyalıların böyük hesablı qələbə ilə başa çatıb - 4:1. Yığmamızın heyətində Elnur Cəfərov fərqlənib.

Qeyd edək ki, turnirdəki ilk 2 oyununda da uduzan yığmamız “Berlin Seleksiya Region”a 1:2, “Sachsen-Anhalt”a 2:4 hesabı ilə yenilmişdi.

Mənbə: affa.az