Yağışlı Minsk və “Viktoriya”
05.07.2011 - 18:35
Azərbaycanı Avroliqada təmsil edən Bakının AZAL klubu bu gün Belarusa yollanıb. Apasport.az saytının Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, iyulun 7-də turnirin I təsnifat mərhələsində “Minsk”lə cavab oyununu keçirəcək komandamız səfərə çarter reysi ilə çıxıb. 54 nəfərlik nümayəndə heyətini aparan təyyarə Bakı vaxtilə saat 13:50-da havaya qalxdı. Belarus paytaxtına çatmaq üçün 3 saat 10 dəqiqəlik uçuş qət etməli olduq. Yerli vaxtla saat 15:00-da (Bakı vaxtilə saat 17:00) Minsk beynəlxalq hava limanına endik.
Bakıda yayın bu vaxtında istiyə öyrəşən azərbaycanlıları Minskdə fərqli hava gözləyirdi. Belə ki, hələ təyyarədən yerə endiyimiz zamanı yağan güclü yağış Bakının istisindən əsər-əlamət olmadığını göstərdi. Bu leysan komandanı hava limanından düz qaldığı dörd ulduzlu “Viktoriya” otelinə kimi müşayiət etdi. Özü də bu yağışlı havanın oyun gününə kimi olacağı proqnozlaşdırılır.
“Təyyarəçilər”i hava limanında “Minsk”in nümayəndələri qarşıladı və komandamız onun üçün ayrılan avtobusla otelə yollandı. Komanda üzvləri oteldə yerləşib, bir müddətlik istirahətdən sonra Belarusda ilk məşqinə çıxacaq. Bu yerli vaxtla saat 18:30-da başlayacaq və onun “Minsk”in bazasında olması nəzərdə tutulub.
Mehman SÜLEYMANOV, Minsk

0
0