“Neftçi” uduzur, baş məşqçi razı qalır
06.07.2011 - 00:12
“Neftçi” uduzur, baş məşqçi razı qalır
“Maraqlı oyun oldu. Çexiya çempionu əsasən atletik futbola üstünlük verirdi. Buna baxmayaraq, komandamız, xüsusən birinci hissədə yaxşı oynadı". Bu sözləri Avstriyada təlim-məşq toplanışında olan "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov Çexiya çempionu "Viktoriya" ilə yoxlama oyunundan sonra deyib.

Baş məşqçi təlim-məşq toplanışından razı qaldığını da bildirib: "60-cı dəqiqədən başlayaraq əvvəlki oyunlarda olduğu kimi əvəzetmələrə əl atdım, gənclərə şans verdim. Belədə istər-istəməz xətlər arasındakı əlaqə pozuldu. Bununla belə, meydana sonradan çıxan futbolçular da özlərini yaxşı tərəfdən göstərə bildilər. Qolu yenə də son dəqiqələrdə və yenə də cərimə zərbəsindən sonra buraxdıq. Ümumiyyətlə, bu təlim-məşq toplanışından razı qaldım".