Pavel Vrba: Bu gün iki güclü komandanın görüşünün şahidi olduq
06.07.2011 - 00:14
"Bu gün iki güclü komandanın görüşünün şahidi olduq. Təsadüfi deyil ki, hər iki klub öz ölkəsinin çempionudur və Çempionlar Liqasının ikinci təsnifat mərhələsində iştirak edəcək". Bu sözləri "Neftçi" ilə yoxlama oyunundan sonra Çexiyanın "Viktoriya" klubunun baş məşqçisi Pavel Vrba deyib.
Çex mütəxəssis sözlərinə belə davam edib: "Oyun bərabər mübarizə şəraitində keçdi. Qolumuzu rəqibin baş məşqçisi meydana gənc oyunçuları buraxdıqdan sonra vurduq. Hər halda, komandamdan razı qaldım. "Neftçi"yə Çempionlar Liqasında uğurlar arzulayıram".

- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
0
0