Mənsimov “Xəzər Lənkəran”ın oyununda
06.07.2011 - 01:26
Mənsimov “Xəzər Lənkəran”ın oyununda
Avstriyada hazırlıq keçən “Xəzər Lənkəran” klubunun növbəti yoldaşlıq görüşünü izləyənlər arasında Azərbaycandan gələn qonaqlar da izləyib. Apasport.az saytının xəbərinə görə, Xorvatiya təmsilçisi “NK Zaqreb”lə oyunun tamaşaçıları arasında cənub təmsilçisinin fəxri prezidenti Mübariz Mənsimovun atası Qurban Mənsimov və onun dostları da olub. Fəxri qonaqlar zaqreblilərlə matça klubun vitse-prezidenti Tuyqun Nadirov və rəisi Səməd Mustafayevlə yanaşı izləyib.

Qeyd edək ki, həmin qarşılaşmada qapılara top vurulmayıb.