Paytaxt klubundan yenilik: Futbolçular “siftə”ni korladı
06.07.2011 - 08:53
"Bakı" futbol klubunun televiziya layihəsi reallaşmaqdadır. Apasport.az saytının məlumatına görə, klub televiziyasında tarixi oyunlar, şərhlər, icmallar, müsahibələr və bir çox maraqlı rubrikalar yer alır. Futbol azarkeşləri iyulun 5-də klub televiziyası vasitəsi ilə ilk dəfə komandanın oyununu canlı izləmək imkanı əldə etdilər. Sloveniyada təlim-məşq toplantısı keçirən "Bakı"nın Xorvatiya çempionu "Dinamo" Zaqrebə qarş oyunu buradan canlı yayımlandı. Lakin “siftə” futbolçuların ifasındakı 0:2 hesablı məğlubiyyətlə əlamətdar oldu.
Qeyd edək ki, fcBTv - klub kanalını 24 saat ərzində izləyə bilərsiniz.
Mənbə: fcbaku.com
Qeyd edək ki, fcBTv - klub kanalını 24 saat ərzində izləyə bilərsiniz.
Mənbə: fcbaku.com
0
0