“Bu keçid hələ keçən mövsümün əvvəlində gözlənilirdi”
06.07.2011 - 09:02
Bakı “İnter”inin yeni futbolçusu Ruslan Poladov klubun rəsmi saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, o, kluba keçidi barədə danışıb, hazırlıq prosesinin gedişi haqqında öz fikirlərini açıqlayıb, həmçinin komandada rəqabətin olmağının vacibliyini qeyd etdi.
- Ruslan, "İnter" klubuna keçidiniz necə rəsmiləşdi?
- Bu keçid hələ keçən mövsümün əvvəlində gözlənilirdi, lakin sonda mən "Xəzər-Lənkəran" klubunda qaldım. Mövsüm başa çatandan sonra "İnter"dən yenə təklif gəldi və mən onu məmnuniyyətlə qəbul etdim. Çox istəyirdim ki, məhz bu klubda çıxış edim.
- "Xəzər Lənkəran" klubunda 3 ildən çox vaxt keçirmisiniz. Amma keçən mövsüm sizin üçün heç də uğurlu alınmadı. İlin əvvəlində ağır zədə aldınız və bundan sonra əsas heyətdəki yerinizi itirdiniz...
- Birinci dövrədə demək olar ki, hər oyunda meydana çıxdım, lakin 2011-ci ilin əvvəlində Antalyada keçirilən təlim-məşq toplanışında zədə aldım. Bundan sonra yaşıl meydandan kənarda qaldım. Bərpa olandan sonra isə məşqçi mənə çox nadir hallarda oyuna buraxırdı.
- Artıq "İnter" komandasının sıralarına qoşulmusunuz və Türkiyədəki toplanışda iştirak edirsiniz. Hazırlıq prosesi barədə fikirlərinizi öyrənmək istərdik..
- Hazırlıq çox yaxşı keçir. Futbolçular verilən tapşırıqları həvəslə yerinə yetirirlər. Komandada yaxşı atmosfer var.
- Komandanın baş məşqçisi Kaxaber Sxadadze ilə “Inter”ə gəlməmişdən əvvəl tanış idiniz?
- Bildiyiniz kimi, mən iki mövsüm "Standard" klubunda oynamışam, oradan isə "Xəzər-Lənkəran"a keçdim. "Standard"ı tərk edəndən sonra bu klubun sükanı arxasına məhz Kaxaber Sxadadze gəlmişdi. "Standard"da qarşılaşmasaq da, bir-birimizi tanıyırdıq. "İnter"ə gəlməmişdən əvvəl bu məşqçi ilə əlaqəmiz var idi.
- Gələn mövsümdən nə gözləyirsiniz?
- Gələn mövsümdən mən ancaq uğur gözləyirəm. Bu klubda hər zaman yüksək pillələr haqqında düşünürlər. Bizi çətin iki turnir gözləyir: çempionat və kubok, biz də öz növbəmizdə bu yarışlarda maksimum nəticə qazanmağa çalışacağıq.
- "İnter"in heyətində birinci mövqedə oynayan bir neçə bərabər səviyyəli futbolçu var. Start heyətə vəsiqə uğrunda mübarizədən çəkinmirsiniz ki?
- Yox, əksinə. Mən rəqabətdən heç vaxt qorxmamışam. Futbolda sağlam rəqabət artıma təkan verir. Klubda bu rəqabətin olması birbaşa oyunçular və ümümiyyətlə, komanda üçün yaxşıdır. Bu proses ancaq inkişafa gətirib çıxarır.

0
0