AZAL-ın oyununun qiyməti düşdü
06.07.2011 - 09:49
AZAL-ın oyununun qiyməti düşdü
Avroliqanın I təsnifat mərhələsində keçiriləcək “Minsk” (Belarus) – AZAL (Azərbaycan) oyununun biletləri satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, azarkeşlər biletləri cavab oyununun keçiriləcəyi Minskdəki “Dinamo” stadionunun kassalarından ala bilər. Biletin qiyməti 10 min Belarus rubludur. Bu isə 1 manat 59 qəpiyə bərabərdir.

Qeyd edək ki, Bakıda keçirilən və 1:1 hesabı ilə başa çatan görüşün bileti 2 manata idi.