Pavel Vrba: “Neftçi” klubuna nəsə etməyə imkan vermədik
06.07.2011 - 10:41
“Çox şadam ki, biz “Neftçi” ilə oyunda layiqli qələbə qazandıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiyanın “Viktoriya” klubunun baş məşqçisi Pavel Vrba deyib.
Avstriyadakı yoxlama oyununda azərbaycan çempionu “Neftçi”ni 1:0 hesabı ilə məğlub edən çexiyalıların çalışdırıcısı oyun haqda fərqli fikirlərini açıqlayıb. Bakı təmsilçisinin saytına açıqlamasında rəqibini tərifləyən Vrba Çexiya mətbuatına səviyyə fərqindən danışıb: “Meydanda üstün olan komanda biz idik. İkinci hissədə biz fəallığı artırdıq. Bununla da “Neftçi”yə demək olar ki, heç nə etməyə imkan da vermədik”.
Vrba Azərbaycan çempionu ilə qarşılaşmalarının səbəbini də açıqlayıb: “Çempionlar Liqasının II təsnifat mərhələsində Ermənistanın “Pünik” klubu ilə oynayacağıq. Hər 2 komanda isə demək olar ki, eyni üslubda, oxşar tərzdə oynayır”.

0
0