Aqil Nəbiyev: Minskə müdafiə olunmağa gəlməmişik
06.07.2011 - 11:07
Avroliqada Belarusun “Minsk” klubu ilə görüşəcək AZAL-ın kapitanı Aqil Nəbiyevin apasport.az saytının Minskə ezam olunmuş əməkdaşına müsahibəsi
- Bakıdakı oyunda sərfəli nəticə qazanmaq məqsədinə nail ola bilmədiniz. Kapitan bundan sonra cavab görüşünə hazırlığı necə dəyərləndirərdi?
- Deyərdim ki, ilk oyundan sonra komandamız bir az psixoloji cəhətdən “sınmışdı”. Bildiyiniz kimi, baş məşqçimiz Nazim Süleymanov təcrübəli mütəxəssisdir. Cavan olsa da, futbol oynayarkən, böyük uğurları olmuş insandır. Süleymanov demək olar ki, bizi bu durumdan çıxartdı. İndi hər şey normaldır və mərhələ keçmək şanslarımız davam edir. Yenə bunu 50-nin 50-yə dəyərləndirərdim. Hərçənd səfərdə oynayırıq, ancaq mən bugünkü gündə komandaya inanaraq, bunu deyirəm. Mən inanıram ki, Minskdən sərfəli nəticə ilə dönəcəyik.
- Həmin sərfəli nəticənin Bakıda əldə edilməsi daha real olsa da, biz buna nail ola bilmədik. Bu mənada səfərdə sərfəli nəticə qazana bilərikmi?
- Özünüz də gördünüz kimi, komandamız ilk hissədə olmasa da, ikinci yarıda yaxşı oynadı. Bunun da səbəbi odur ki, hazırlıq oyunu demək olar keçirməmişdik. Bunu hamı bilir. Məşqlərimizi Bakıda keçirdik və burada komanda olmadığı üçün öz aramızda ikitərəfli oyun keçirdik. Bundan əlavə, komandamızdan 6-7 nəfər gedəndən sonra az transferlər oldu. Demək olar köhnə uşaqlarla bu oyunu oynadıq. Komandamız ikinci hissədə istər fiziki, istərsə də taktiki cəhətdən əla oynadı. Amma əlimizdən düşən qol fürsətlərindən yararlana bilmədik. Elşən Məmmədov 2 yüz faizli qol imkanını qaçırdım. Mən bunu şanssızlıq deyərdim. Futbolda hər şey olur. Mən bildiyimə görə, “Minsk” səfərdə daha yaxşı oynayır, nəinki evdə. Müqayisədə öz meydanında biz az zəif təsir bağışlayır. Yenə də deyirəm ki, komandamızın Minskdən sərfəli nəticə ilə dönəcəyinə inanıram.
- “Minsk”in evdə zəif təsir bağışlamasını nəyə əsaslanıb deyirsiniz?
- Mən onların çempionatlarına baxanda, ən çox xalı səfərdə qazandıqlarını görmüşəm. Bildiyimə görə, statistika bunu deyir. Bugünkü gündə komandamızda hər şey normaldır, əhval-ruhiyyə yaxşıdır. Hərçənd evdə lazımı nəticə qazanmasaq da, ruhdan düşmürük. Əsas odur ki, evdə məğlub olmadıq. Bildiyiniz kimi, Belarusda çempionat gedir və “Minsk” formada olan bir komandadır. Biz isə mövsüm bitəndən bəri ilk rəsmi oyuna çıxırdıq. Bununla belə, 2-ci hissədə yaxşı təsir bağışladıq.
- Ev oyununda müdafiədə, xüsusilə ilk hissədə boşluqlar buraxdınız, qapımıza qol da ondan vuruldu...
- Hər şey oyun praktikasının olmamağının nəticəsi idi ki, bu, ilk yarıda öz sözünü dedi.
- Razılaşın ki, səfərdə daha çətin olacaq və rəqib belə səhvləri bağışlamayacaq...
- Baş məşqçimizlə birgə bunun üzərində işləmişik. Səfərdəki oyunda boşluqlar buraxmamağa çalışacağıq. Qol vurub, qol buraxmamağı nail olmalıyıq.
- Komandamızda 4 müdafiəçi var. Yeni transfer olan serbiyalı Branislav Arseniyeviç sifariş oluna bilinmədiyindən, cavab görüşündə də sizə kömək edə bilməyəcək. Bu mənada müdafiəçilərinizin sayı az olduğundan, müdafiə xəttində ağır yükü daşımalı olmursunuz?
- Yox. Belə götürəndə, elə mövsüm boyu da 4 müdafiəçi ilə oynamışıq. Bizdə mövsüm tez bitdi və demək olar ay yarımdır bir yerdə oynamırıq. Müdafiəmizdə anlaşılmazlıq da ondan yarandı ki, qolu tez buraxdıq.
- Cavab görüşündə hansı taktikanı seçəcəksiniz? Müdafiə, yoxsa hücum futbolu oynayacaqsınız?
- Biz Minskə müdafiə olunmağa gəlməmişik
.
- Mərhələ keçmək istəyiriksə, bizə qol vurmaq lazımdır...
- Mütləq. Əks halda, mərhələ keçə bilməyəcəyik. Mən inanıram ki, biz səfərdə qol vuracağıq.
- Evdə qol vura bilməyən hücumçularınızı bir müdafiəçi kimi qınayırdınız? Çünki onların epizodları qaçırmağı nəticəyə böyük təsir göstərdi...
- Mən hücumçularımız qınamazdım. Kim istərdi ki, qol epizodlarını qaçırsın? Bu, şanssızlıq idi, qol olmadı. Bu, hər bir futbolçunun başına gələn bir şeydir. Özünüz də gördünüz ki, 4 yüz faizli qol imkanımız oldu, bundan yararlana bilmədik. İlk oyundakı səhvlərimizi səfərdə buraxmamağa çalışmalıyıq. Minskdə ən azından bir qol vurmalıyıq. Bu minimum vəzifəni mütləq yerinə yetirməliyik.
- Bunun üçün ilk dəqiqələrdən hücuma atılmalıyıq ki, yoxsa əks-hücumları gözləməliyik?
- Biz bura səbirli oynamağa gəlmişik. Tələsməməliyik, qol özü gələcək, bunun vaxtı var.
- Həm ilk oyundakı nəticəni, həm də səfərdə oynadığımızı nəzərə alsaq, şanslar daha çox rəqibin xeyrinə deyil ki?
- Mən belə saymıram. Yenə deyirəm ki, şansları bərabər dəyərləndirərəm.
- İlk oyunun 1:1 hesabı ilə nəticələndiyini nəzərə alsaq, cavab görüşündə oyunun əlavə vaxtı və hətta penaltilər seriyasına kimi getməsi realdır. Buna özünüzü hazır sayırsınız?
- Sözsüz. Biz hər şeyə hazırıq. Özünüz da gördünüz ki, komandamız 2-ci 45 dəqiqədə demək olar hücumda oynadı. Əksinə, onlar müdafiəyə oturdu. Fikrimcə, bizim komanda hazırda “Minsk”dən fiziki cəhətdən çox yüksək səviyyədədir. Çünki oyunda olan mən idim və gördüm ki, 2-ci hissədə tam olaraq hücumda olduq.
- “Minsk” keçiləsi rəqibdir və bunu etməsək, uğursuzluq sayılacaq....
- Bildiyiniz kimi, komandamız 2-ci dəfə avrokuboklarda çıxış edir. Bir az təcrübəsizlik özünü göstərir. Ancaq mən komandama inanırıq. “Minsk” səddini mütləq keçilməlidir. İlk oyun göstərdi ki, biz onlara ən azından 3 qol vura bilərdik. Kim istəməz ki, qol vurmasın? Hücumçularımız qol imkanlarını qaçırdıqlarına görə məyus olmuşdular. Müdafiəmizə gəlincə, ilk 15 dəqiqədə səhvlər buraxdıq. Ancaq bundan sonra 75 dəqiqə müdafiəmiz səhvsiz oynadı. Həmin 15 dəqiqədə oyun praktikasının olmamağı özünü büruzə verdi. Ötən mövsüm demək olar ən yaxşı müdafiə xətti bizim komandada idi. Müdafiədə yaxşı çıxış edirdik.
- Ucaboylu olduğunu nəzərə alsaq, standart vəziyyətlərdə fərqlənə bilərsiniz, Üstəlik, rəqibin futbolçuları hündür deyil və ilk qolu məhz başla vurduq. Bu mənada şəxsən özünüzü qol vurmağa kökləyirsiniz?
- Bəli. Mənim özüm bunu istəyirəm. Ancaq bu, baş məşqçinin taktikasıdır. Mən onun fikrinə həmişə hörmətlə yanaşmışam. Səfər oyununda bütün standart vəziyyətlərdə qabaqda olmağa çalışacağam.
- Mərkəz müdafiəçi olsanız ki, standart vəziyyətlər zamanı irəli getməyiniz normaldır...
- Bilirəm. Mənim özüm də bunu həmişə istəmişəm. Ancaq baş məşqçimizin tapşırıqlarını yerinə yetirməliyik. Əlbəttə, növbəti mərhələdə rəqibimiz olan “Qaziantepspor”la oyun haqda düşünmək hələ tezdir. Ancaq inşallah, onunla oynayarıq. Mən komandama çox inanıram və biz mütləq Türkiyəyə də gedib, “Qaziantepsor”la da görüşmək istəyirik.
Mehman SÜLEYMANOV, Minsk

0
0