Kriştianu Ronaldoya çatan tapılmır
06.07.2011 - 12:42
2011-ci ildə başa çatan dünyanın ən güclü milli çempionatların bombardirlərinin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası artıq planetin ən güclü 60 çempionatından 38-nin nəticələrini qeydiyyatdan keçirib.
Bu birinciliklərdə ən azı 20 qol vuranların siyahısına 45 futbolçu düşüb. Ötən ay açıqlanan siyahı ilə müqayisədə liderlər qrupunda dəyişiklik olmayıb.
Belə ki, İspaniya çempionatında 40 qol vuran “Real”ın portuqaliyalı futbolçusu Kriştianu Ronaldo ilk pilləni qoruyur. Argentinalı Lionel Messi eyni çempionatda “Barselonanın 31 qolunun müəllifi olub. Almaniya “Bavariya”sında çıxış edən Mario Qomes hesabındakı 28 qolla 3-cü sırada qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqası ən güclü 60 çempionat sırasına daxil deyil.

0
0