Adrian Skarlatake “Xəzər Lənkəran”a qayıdır, qayıtmır?
06.07.2011 - 12:15
Ötən mövsüm “Xəzər Lənkəran”da çıxış edən Adrian Skarlatakenin yenidən “ağ-yaşıllar”a qayıtmaq ehtimalı getdikcə azalır. Apasport.az saytının məlumatına görə, Buxarestin “Dinamo” klubundan yarım illiyə icarəyə götürülən müdafiəçi hələlik Lənkəran təmsilçisinin Avstriyadakı düşərgəsinə qatılmayıb.
Adrian bu gün də komandanın düşərgəsinə qayıtmasa, çox güman “Makkabi” ilə oyunları buraxacaq.
Qeyd edək ki, Skarlatake Azərbaycan Premyer Liqasında 12 oyuna 1 qol vurub.
Adrian bu gün də komandanın düşərgəsinə qayıtmasa, çox güman “Makkabi” ilə oyunları buraxacaq.
Qeyd edək ki, Skarlatake Azərbaycan Premyer Liqasında 12 oyuna 1 qol vurub.
0
0