Messinin həmyerlisi “Rəvan”la müqavilə imzaladı
06.07.2011 - 13:16
“Rəvan” klubu növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, neçə vaxtdır yeni komandası ilə anlaşan Kristian Torres bakılılarla müqavilə imzalayıb. Azərbaycana “Qəbələ” klubu tərəfindən transfer olunan argentinalı yarımmüdafiəçi növbəti 1 ili Bəhmən Həsənovun rəhbərliyi altında keçirəcək. Torres bu addımı paytaxtda yaşamaq istəyi ilə izah edib.
Qeyd edək ki, Lionel Messinin həmyerlisi ötən mövsüm Premyer Liqada “Qəbələ”nin heyətində 24 oyun keçirərək 2 qola imza atıb.
Qeyd edək ki, Lionel Messinin həmyerlisi ötən mövsüm Premyer Liqada “Qəbələ”nin heyətində 24 oyun keçirərək 2 qola imza atıb.
- "Hall Siti" Premyer Liqaya hazırlaşır: Tarqettlə 2 illik müqavilə
- FTB Argentina Futbol Assosiasiyasının prezidentini Nyu-York aeroportunda saxlayıb
- Avropa Liqası: "Beşiktaş" meydana çıxır - YENİLƏNİR
- "Qalatasaray" gənc müdafiəçini istəyir – Meneceri ilə danışıqlar başladı
- Çempionlar Liqası: "Omoniya"dan minimalhesablı qələbə - YENİLƏNİB
0
0