“Xəzər Lənkəran”a yeni gələnlər kimlərdi? - FOTO
06.07.2011 - 12:49
Avstriyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” baxışa daha 2 futbolçu çağırıb. Apasport.az saytının İnnsbruka ezam olunan əməkdaşının məlumatına görə, artıq komandanın düşərgəsində olan legionerlərdən biri Rumıniya, digəri Portuqaliyadandır.
Rumıniyalı baş məşqçi Mirça Rednikin sınadığı həmyerlisi Adrian Vlasdır. “Farul” klubunun yetirməsi olan 29 yaşlı qapıçı 2010-cu ilədək bu komandada çıxış edib. Bir müddət “Elektriça”da icarə əsasında oynayan Vlas son mövsümdə “Vittorul”un şərəfini qoruyub. Qapıçı bir vaxtlar Rumıniya yığmasına da cəlb olunub.
Braziliyalı legionerin adı isə Ediclei da Silva Pantojadır. Silva kimi tanınan 26 yaşlı mərkəz müdafiəçisi karyerasını vətənində başlayıb. “Nasional de Rolandia”, “Uniao Rondopolis”, “Meskita”, “Araponqas” klublarında oynadıqdan sonra da Silva Portuqaliyaya üz tutub. Burada “Çaves”də 22 nömrəli formanı daşıyan müdafiəçi son 2 ili bu kluba həsr edib.
Qeyd edək ki, ölkə mətbuatında 2 braziliyalı futbolçu - Maksuel Rodriqo Lino və Luiz Otavio Santos de Araujonun “Xəzər Lənkəran”da yer alması barədə xəbərlər dolaşır. Hazırda “ağ-yaşıllar”ın heyətində bu adda futbolçular yoxdur və yayılan xəbərlər dezinformasiyadan başqa bir şey deyil.

0
0