“Ağ-yaşıllar” milli futbolçu ilə anlaşdı
06.07.2011 - 13:38
Bosniya və Herseqovina milli komandasının müdafiəçisi Veldin Muharremoviç karyerasını Azərbaycanda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 27 yaşlı futbolçu “Xəzər Lənkəran” klubu ilə müqavilə imzalayıb.
Balkanlı legioner bu gün klubun Avstriyadakı düşərgəsinə gələrək, birbaşa 1 illik anlaşmaya imza atıb.
“Sarayevo” klubunun yetirməsi olan arxa xətt oyunçusu 2 illik fasilə ilə olmaqla 2003-cü ildən bu komandada çıxış edir. O, yalnız 2008-10-cu illərdə Belçikanın “Lokeren” klubunun şərəfini qoruduğu vaxt doğma komandasından ayrılıb.
Əvvəllər ölkəsinin U-21 millisində aparıcı simalardan olan Veldin 2007-ci ildə əsas millidə debüt edib. Fasilələrlə yığmaya çağırılan oyunçu bu komandada 3 matça çıxıb.

0
0