Bakıda şou arzusu, Minskdə ümid
06.07.2011 - 15:17
Bakıda şou arzusu, Minskdə ümid
İyulun 7-də UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan təmsilçilərimizdən ikisi sabah cavab oyununa çıxacaq. Bunlar Ağdamın “Qarabağ” və UEFA-nın əvvəlki “Olimpik-Şüvəlan” adı ilə tanıdığı AZAL-dır.

Bu 2 komandamız yarışa II təsnifat mərhələsindən başlayan “Xəzər Lənkəran”a qoşulmaq üçün artıq 1 dəfə qarşılaşdıqları rəqiblərini keçməlidir. Cütün taleyinə hələ Litvada aydınlıq gətirən “Qarabağ” “Banqa” ilə Bakıdkı qarşılaşmada azarkeşlərə qol şousu göstərməyə çalışacaq. Özündən güclü olmayan “Minsk”lə qollu heç-heçə edən AZAL-ın işi nisbətən çətindir. Təmsilçimiz bu səddi adlamaq üçün Minskdə qol vurmağa məhkumdur. Təmsilçimiz mərhələ adlamaq üçün ya qələbə qazanmalı, ya da 1-dən çox qol vurub heç-heçə etməlidir.

Qeyd edək ki, “Qarabağ” – “Banqa” cütünün qalibi II təsnifat mərhələsində Farer adalarının “Streymur”, “Minsk” – AZAL qarşıdurmasının üstün olanı isə Türkiyənin “Qaziantepspor” klubu ilə görüşəcək.


21:00. “Qarabağ” – “Banqa” (Litva)
Baş hakim: Yuri Mojarovski
Baş hakimin köməkçiləri: Aleksandr Voytyuk, Mikola Levko
Dördüncü hakim: Vitali Romanov (hamısı Ukrayna)
Hakim-inspektor: Jozef Marko (Slovakiya)
UEFA nümayəndəsi: Mehmet Süheyl Önen (Türkiyə)
İlk oyun – 4:0
Tofiq Bəhramov adına Respublika stadionu

22:00. “Minsk” (Belarus) – “AZAL
Baş hakim: Angel Angelov
Baş hakiminköməkçiləri: Nikolay Angelov, Ventsislav Qavrilov
Dördüncü hakim: Aleksandar Kostadinov
(hamısı Bolqarıstan)
Hakim-inspektor: Patritiu Abrudan (Rumıniya)
UEFA nümayəndəsi: Marton Esterhazi (Macarıstan)
İlk oyun – 1:1
Minsk. “Dinamo” stadionu