Xorvatiyalılardan müqayisə: “Neftçi” “Bakı”dan çox güclüdür
06.07.2011 - 16:28
Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” klubunun rəqibi olan “Dinamo”nun hər yoxlama oyunu sabiq Yuqoslaviya məkanında geniş müzakirə olunur. Apasport.az saytının məlumatına görə, Xorvatiya mətbuatı zaqreblilərin digər təmsilçimiz “Bakı” ilə yoxlama oyununa da biganə qalmayıblar.
Həmkarlarımız paytaxtımızın 2 klubunu müqayisə etməyi lazım biliblər: “Göylər” Sloveniyadakı təlim-məşq toplanışını əla səviyyədə bitirdi. Onlar Dravoqraddakı stadiona toplaşan 1000 tamaşaçı qarşısında Azərbaycan Premyer Liqasının klubuna qalib gəldilər. Həmin kluba ki, orada 3 həmyerlimiz – Şarliya, Şoliç və Skuliç çıxış edir. “Dinamo” əmin ola bilər ki, “Neftçi” ilə qarşılaşma asan olmayacaq. Çempionatı 6-cı yerdə bitirən “Bakı” oyunun müəyyən bölümlərində zaqreblilərə çətinlik yaradırdısa, “Neftçi” “göylərə” daha çox narahatçılıq bəxş edəcək. “Neftçi” “Bakı”dan çox güclüdür. Ona görə də ehtiyatlı olmaq lazımdır. “Bakı” özünü “Dinamo”nun oyun göstərmək arzusuna mane olmaq istəyən komanda kimi göstərdi. Elə “Neftçi” də ilk oyunda bu tərzdə oynayacaq. Ümumilikdə isə bu matç çox maraqlı keçdi.

0
0