Qızlarımız AZAL-a dəstək olacaq
07.07.2011 - 10:25
Azərbaycanın 17 yaşlı qızlardan ibarət yığma komandası ölkəmizi Avroliqada təmsil edən AZAL-a dəstək olacaq. Apasport.az saytının Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, Belarus paytaxtında təlim-məşq toplanışında olan almaniyalı mütəxəssis Sisi Raytın çalışdırdığı yığmamız “təyyarəçilər”in bu gün “Minsk”lə səfər oyununu izləməyə gələcək. Avroliqanın I təsnifat mərhələsi çərçivəsində Minskin “Dinamo” stadionunda keçiriləcək cavab görüşü yerli vaxtla saat 20:00-da (Bakı vaxtilə saat 22:00-da) başlayacaq. Bakıda bir həftə öncə keçirilən oyun 1:1 hesabı ilə nəticələnib.
Artıq bir müddətdir Minskdə təlim-məşq toplanışında olan qızlarımız “Yubileynaya” otelində qalır. Onlar komandamıza Belarusun son bürünc mükafatçısı ilə görüşündə mənəvi dəstək olaraq, mərhələ keçməsinə stadiondan azarkeşlik edəcəklər.
Qeyd edək ki, yığmamız da AZAL kimi sabah vətənə qayıdacaq.
Mehman SÜLEYMANOV, Minsk

0
0