“Onların “Bakı”ya gəlişi həm özləri, həm də klub üçün böyük üstünlükdür”
07.07.2011 - 11:25
“Onların “Bakı”ya gəlişi həm özləri, həm də klub üçün böyük üstünlükdür”
“Azərbaycana milli komandalarının futbolçularının gəlməyi yaxşı haldır. Artıq bizim də yığmanın üzvlərinin burada üzvlərinin sayının artması məni sevindirir”. Bu fikirləri apasport.az saytına açıqlamasında Latviya milli komandasının futbolçusu Ritus Krjaklis deyib. Bu ilin qışından karyerasını ölkəmizdə davam etdirən sağ cinah müdafiəçisi Bakının AZAL klubunun heyətində ölkəmizi Avroliqada təmsil edir.

Ritusun millidə komandada baş məşqçisi olan Aleksandr Starkov da onun qışda ölkəmizə gəlib və “Bakı” klubunun sükanı arxasındadır. Krjaklisinin millidə baş məşqçisi olan Starkov hazırkı fasilə müddətində digər yetirmələri - müdafiəçi Denis İvanovla hücumçu Maris Verpakosvkisin yanına gətirdi. AZAL-ın legioneri seçimi düzgün sayır: “Məncə, bu, həm özləri, həm də “Bakı” klubu üçün böyük üstünlükdür. Əlbəttə, “Bakı”ya gələn həmyerlilərim, yeni transferlər Azərbaycan çempionatında özlərini göstərəcəklər. Sözsüz ki, Azərbaycanda daha çox həmyerlilərimin olması mənim üçün də yaxşı haldır. Onlarla Bakıda görüşüb, söhbətləşmək imkanı qazanacağam. Həmyerlilərim yığmada olduğu müddətdə məndən Azərbaycan, futbolun, çempionatın səviyyəsi haqda soruşurdular. Ancaq “Bakı”dan dəvət aldıqları zamanı mənə zəng vurub, soruşmayıblar. Hər halda, onlar yaxşı tanıdıqları baş məşqçinin yanına gəlirlər. Mənim özümün gələcəkdə Starkovun komandasında oynamağıma gəlincə, bu suala cavab verə bilmərəm”.

Mehman SÜLEYMANOV, Minsk