“Qarabağ” növbəti mərhələdə, AZAL mübarizəni dayandırdı
07.07.2011 - 22:51
“Qarabağ” növbəti mərhələdə, AZAL mübarizəni dayandırdı
Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan təmsilçilərimizdən ikisi də cavab oyununa çıxacaq. Bunlar Ağdamın “Qarabağ” və UEFA-nın əvvəlki “Olimpik-Şüvəlan” adı ilə tanıdığı AZAL-dır.

Bu 2 komandamız yarışa II təsnifat mərhələsindən başlayan “Xəzər Lənkəran”a qoşulmaq üçün artıq 1 dəfə qarşılaşdıqları rəqiblərini keçməlidir. Cütün taleyinə hələ Litvada aydınlıq gətirən “Qarabağ” “Banqa” ilə Bakıdakı qarşılaşmada azarkeşlərə qol şousu göstərməyə çalışacaq. Özündən güclü olmayan “Minsk”lə qollu heç-heçə edən AZAL-ın işi nisbətən çətindir. Təmsilçimiz bu səddi adlamaq üçün Minskdə qol vurmağa məhkumdur. Təmsilçimiz mərhələ adlamaq üçün ya qələbə qazanmalı, ya da 1-dən çox qol vurub heç-heçə etməlidir.

Qeyd edək ki, “Qarabağ” – “Banqa” cütünün qalibi II təsnifat mərhələsində Farer adalarının “Streymur”, “Minsk” – AZAL qarşıdurmasının üstün olanı isə Türkiyənin “Qaziantepspor” klubu ilə görüşəcək.

“Qarabağ” – “Banqa” (Litva) - 3:0
Tofiq Bəhramov adına Respublika stadionu
QOLLAR: Admir Teli, 29, Rəşad Sadiqov, 34, Ansi Aqolli, 75
Baş hakim: Yuri Mojarovski

QARABAĞ: 1. Fərhad Vəliyev, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya
Ehtiyat oyunçular: 99. Boyan Pavloviç, 18. İlqar Qurbanov, 9. Bəxtiyar Soltanov, 10. Emin İmaməliyev, 20. Nderim Nedzipi, 2. Qara Qarayev, 23. Tural İsgəndərov
Baş məşqçi: Qurban Qurbanov
BANQA: 1. Paulius Poçius, 2. Deyvidas Padaygis, 5. Karlois Urbaytis, 9. Andrius Lipskis (k), 10. Mikas Kura, , 15. Gitis Qalius, 19. İqbas Baqdonas, 21. İrmantas Zelmikas, 37. Mindauqas Bitinas, 40. Andrey Lisaçov, 88. Marrius Kazlauskas
Ehtiyat oyunçular: 77. Denis Komelçiks, 24. Gedrius Ratkus, 8. Qayus Kulbis, 13. Mankas Qudauskas
Baş məşqçi: Arminas Narbekovas
İlk oyun – 4:0

“Minsk” (Belarus) – AZAL - 2:1
Baş hakim: Angel Angelov
Minsk. “Dinamo” stadionu
QOLLAR: Yevgeni Loşankov, 5, Denis Saçeko, 11 - Zohair Benouahi, 66
Sarı vərəqələr: Viktor İqbekoyi, 29, Zohair Benouahi, 64, Aqil Nıbiyev, 86 (hamısı kobud oyun), Donatas Novikas, 90 (fitdən sonra topa zərbə vurmaq)
Qırmızı vərəqə: Usim Nduka, 46 (son ümid folu)


MİNSK: 1. Simas Skinderis, 2. İqor Voronkov, 5. Aleksandr Saçivko, 6. Andrey Razin (k), 7. Denis Saçeko (8. Sergey Qiqeviç, 79),11. Yevgeni Loşankov (22. Donatas Novikas, 84), 17. Mixail Zenko (10. Roman Vasilyuk, 67), 18. Dmitri Şeqrikoviç, 20. Artyom Rəhmanov, 29. Mixail Osipoviç, 30. Tajia Soro
Ehtiyat oyunçular: 77. Artur Lesko, 8. Sergey Qiqeviç, 10. Roman Vasilyuk, 13. Dmitri Klimoviç, 14. Sergey Puşnyakov, 16. Kiril Pavlyuçek, 22. Donatas Novikas
Baş məşqçi: Vitali Tarakanov

AZAL: 12. Cahangir Həsənzadə, 2. Robert Petrov, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 7. Tərlan Xəlilov (23. Pius İkedia, 46), 10. Nuqzar Kvirtuya , 71, 11. Zohair Benouahi, 17. Viktor İqbekoyi, 19. Hüseyn Axundov, 20. Mənsur Limani (8. Elşən M7mmədov, 80), 24. Enjo Krastovçev
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 6. Ritus Krjauklis, 8. Elşən Məmmədov, 9. Vüsal Qarayev, 14. Orxan Səfiyaroğlu, 18. Cavid Rəhimov, 23. Pius İkedia
Baş məşqçi: Nazim Süleymanov
İlk oyun – 1:1

Süleymanov ilk oyunla müqayisədə start heyətində 2 dəyişiklik edib. O, sağ cinah oyunçuları - buraxdığımız qolda səhvi olan Latviya yığmasının müdafiəçisi Ritus Krjauklislə nigeriyalı yarımmüdafiəçi Pius İkedianı ehtiyatda saxlayıb. Əvəzində Hüseyn Axundovla gürcü Nuqzar Kvirtiya ilk dəqiqələrdən meydanda olacaq. Minskdəki oyuna marağın az olduğunu deyə bilərik. Belə ki, oyuna 35 dəqiqə vaxt qalsa da, tribunalar bomboşdur. Komandamız artıq meydana çıxaraq məşq etsə də, meydan sahibləri hələ bunu etməyib.