9-cu oyun “Xəzər Lənkəran”a yenə uğur gətirəcək?
12.07.2011 - 11:25
“Xəzər Lənkəran” klubu üçün Avroliqanın II təsnifat mərhələsində iyulun 14-də Təl-Əviv “Makkabi”si ilə səfər oyunu əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Lənkəran təmsilçisi 7 illik tarixində ilk dəfə II mərhələdə oynayacaq. İndiyədək 4 dəfə avrokuboklarda oynayan komanda hər dəfə mübarizəyə I təsnifat mərhələsində çıxış edib və mərhələ adlaya bilməyib.
Ümumiyyətlə, avrokuboklarda 8 matç keçirən “Xəzər Lənkəran” 9-cu oyununa çıxacaq. Cənub təmsilçisi əvvəllər daha 2 yarışda bu səddi keçib. Bu, Azərbaycan çempionatı ilə kuboku olub. “Xəəzr Lənkəran”ın milli çempionatımızda 9-cu görüşü darmadağınla əlamətdar olub. Bu, həm də klubun tarixində 9-cu oyunu olub. Söhbət 2004/05 mövsümündə, 2004-cü ilin noyabrın 3-də Sumqayıtın “Gənclərbirliyi” klubu üzərində evdə 6:0 hesablı qələbədir.
Lənkəranlıların ölkə kuboku tarixində 9-cu oyunda isə darmadağın olmasa da, inamlı səfər qələbəsi əldə olunub. Bu, 2005/06 mövsümündə - 2005-ci ilin noyabrın 5-də Qusar “Şahdağ”ını səfərdə 2:0 hesabı ilə yendiyi görüşdür. Bu isə o deməkdir ki, 9-cu oyunlar “Xəzər Lənkəran” üçün uğur gətirir.
“Xəzər Lənkəran”ın avrokuboklardakı bütün oyunları
2005/06 14.07.2005 UEFA kuboku NİSTRU (Moldova) s 1:3
2005/06 28.07.2005 UEFA kuboku NİSTRU (Moldova) e 1:2
2007/08 17.07.2007 Çempionlar Liqası DİNAMO (Zaqreb, Xorvatiya) e 1:1
2007/08 24.07.2007 Çempionlar Liqası DİNAMO (Zaqreb, Xorvatiya) s 1:3, ə.v.
2008/09 17.07.2008 UEFA kuboku LEX (Polşa) e 0:1
2008/09 31.07.2008 UEFA kuboku LEX (Polşa) s 1:4
2010/11 01.07.2010 Avropa Liqası OLİMPİYA (Moldova) s 0:0
2010/11 08.07.2010 Avropa Liqası OLİMPİYA (Moldova) e 1:1
Mənbə: lankaranfc.com

0
0