“Emin Azərbaycandan zənglər gələn zamanı dəstəyi götürməyə qorxur”
13.07.2011 - 09:19
“Azərbaycan yadıma dumanlı gəlir. Biz Rusiyaya, Moskvadan 164 kilometr aralıda olan Zaraysk şəhərinə köçəndə, mənim 3 yaşım vardı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Moskvanın “Spartak” klubunun azərbaycanlı futbolçusu Emin Mahmudov deyib. 19 yaşlı yarımmüdafiəçi “Saturn” klubu fəaliyyətini dayandırandan sonra Rusiyanın ən titullu klubuna keçdi.
Rus həmkarımızı evində qonaq edən Emin vətəni ilə bağlı xatirələrini bölüşüb: “Mən Azərbaycanın Krasnoselsk kəndində anadan olmuşam. Bu, balaca yerdir. Yadımdadır, hansısa çay vardı və mənim üzərimə mismar düşdü. Nəticədə yanağımı cızdı. Hətta çapıq qalıb. Futbola görə boş vaxtım çox azdır. Mən Azərbaycanda cəmi 1 dəfə olmuşam. Onda məni yeniyetmələr yığmasına çağırmışdılar. Aylarla təlim-məşq toplanışı oldu, ancaq qohumlarımın yanında yalnız bir həftə oldum. Əvvəl xalama, dayıma, sonra babamın, nənəmin yanına getdim (gülür). Mənim 3 xalam, 3 dayım var. 2 əmim vardı, daha 2-si ölüb. İki bibimdən biri qalıb”.
Rus həmkarımız Mahmudovun həm Rusiyanın, həm də Azərbaycanın vətəndaşlığını daşıdığından, tezliklə birinin yığmasını seçməyin vacibliyini diqqətinə çatdırıb. Həmyerlimiz isə buna şərhsiz cavablandırıb. Əvəzində Azərbaycan haqda xoş sözlər deməyən qardaşı Timur buna münasibət bildirib: “Azərbaycandan o qədər zəng edirlər. Emin hərdən hətta dəstəyi götürməyə qorxur. Çünki yalnız bir sual verilir: kimin yığmasında oynayacaqsan? Belə təzyiq altında yaşayır. Ancaq özünüz başa düşürsünüz ki, Azərbaycan yığmasında oynamaq legioner olmaq deməkdir. Axı Rusiyada legionerlərə limit var və bu zaman o qədər problemin olacaq”.

0
0