Milli komandamızın nəticəsi ləğv olunan oyununun hakimi Bakıya gəlir
13.07.2011 - 16:51
“Qarabağ”ın Avroliqanın II təsnifat mərhələsində Farer adalarının “Streymur” klubu ilə keçirəcəyi cavab oyununun hakimi Azərbaycan futboluna tanış simadır. Apasport.az saytının məlumatına görə, 2 ay əvvəl 40 illik yubileyini qeyd edən makedoniyalı Qoran Spirkoski dəfələrlə ölkəmizdə olub.
2006-cı il mayın 11-də Azərbaycan və İrlandiya yığmalarının U-21-lər arasında Avropa çempionatının təsnifat mərhələsinin oyununun məhz makedoniyalı idarə etmişdi. Həmin vaxt britaniyalıların 2:1 hesabı ilə qalib gəldiyi oyunun nəticəsi sonradan ləğv olunmuşdu. Buna səbəb cəzalı Vüqar Nadirovun meydana çıxması olmuşdu. Həmin 0:3 hesablı texniki məğlubiyyətin səbəbkarı olan Nadirov bu dəfə “Qarabağ”ın heyətində köhnə “tanış”ı ilə görüşəcək.
2006-cı ilin yayında isə Spirkoski yenə ölkəmizdə qonaq idi. “Karvan”ın UEFA kubokundakı debütünə şahid olan balkanlı Slovakiyanın “Spartak” klubu üzərindəki 1:0 hesablı qələbəni qeydə almışdı. 2009-cu ilin payızında isə makedoniyalı ədalət təmsilçisi 17 yaşadək futbolçular arasında Avropa çempionatının Bakıda keçirilən seçmə oyunlarının referilərindən idi.

0
0