“Neftçi” azarkeşlərə səsləndi
19.07.2011 - 11:55
Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa çıxacaq “Neftçi” klubu azarkeşlərə müraciət edib. Apasport.az saytının məlumatına görə, Zaqrebdəki səfər matçında 0:3 hesabı ilə məğlub olan bakılılar bütün azarkeşləri bu gün saat 21:00-da baş tutacaq qarşılaşmaya çağırır.
Darmadağının əvəzinin layiqincə çıxılması üçün tərəfdarların dəstəyinin zəruri olduğunu dərk edən “Neftçi” rəsmi saytı vasitəsilə fanatları Tofiq Bəhramov adına Respublika stadionuna dəvət edib: “Haydı "Neftçi"sevərlər, stadiona! Gəlin, doğma komandamızın qələbəsinə birlikdə şahid olaq. Biz birlikdə güclüyük!”
Qeyd edək ki, “Neftçi” mərhələ adlamaq üçün ən azı 4 top fərqi ilə qalib gəlməlidir. Qalibin penaltilər seriyasında müəyyənləşməsi üçün isə bakılılar 3 cavabsız qol vurmağa borcludur.

0
0