“İstefa vermək zəiflik əlamətidir”
19.07.2011 - 22:13
“İstefa vermək zəiflik əlamətidir”. Apasport.az saytının xəbərinə görə, bunu “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
Çempionlar Liqasının II təsnifat mərhələsində Zaqreb “Dinamo”su ilə görüşlərdə qeydə alınan nəticələrdən sonra postunu tərk edəcəyi gözlənilən gənc çalışdırıcı komandada fəaliyyətini davam etdirmək fikrindədir. O bildirib ki, uğursuzluğa baxmayaraq, postundan ayrılmaq fikrində deyil.
“İlk oyundakı psixoloji gərginlik öz sözünü dedi. Etiraf edək ki, rəqibimiz çox güclü və təcrübəli komandadır. Zaqrebdə məğlub olmağımıza baxmayaraq, daha yaxşı oynamışdıq. Lakin artıq hər şey geridə qaldı. Bundan sonra yalnız irəli baxacağıq” – deyə Əsədov bildirib.
Xatırladaq ki, ötən həftə Xorvatiya paytaxtında keçirilmiş matçda darmadağınla üzləşən “Neftçi” az öncə Tofiq Bəhramov adına Respublika stadionunda başa çatan görüşdən bakılılar qolsuz bərabərliklə ayrılıb.

0
0