Rednikə həmyerlisindən hədiyyə
20.07.2011 - 11:03
Rednikə həmyerlisindən hədiyyə
Avroliqanın II təsnifat mərhələsində İsraildə “Makkabi”yə vurduğu qol “Xəzər Lənkəran” üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, bu, baş məşqçi Mirça Rednikin rəhbərliyi altında vurulan yubiley – 50-ci qol olub. Qolu da ona həmyerlisi Andrey Mureşan hədiyyə edib.

Təxminən 1 ildir komandanın baş məşqçisi olan rumıniyalı 38 dəfə Azərbaycan çempionatı, penaltilər seriyası nəzərə alınmamaqla 11 dəfə Azərbaycan kuboku və ilk dəfə avrokuboklarda “Xəzər Lənkəran” qoluna sevinib.

Mənbə: lankaranfc.com