“Qalatasaray” “Yuventus”dan 2 futbolçu aldı
20.07.2011 - 11:56
“Qalatasaray” transfer bombalarını partladıb. Apasport.az saytının məlumatına görə, “Cim Bom” İtaliya “Yuventus”unun 2 braziliyalı futbolçusu – yarımmüdafiəçi Felipo Melo ilə hücumçu Amaurinin keçidini həll edib. “Yuventus” Melo ilə Amaurini təlim-məşq toplanışına apardığı heyətdən kənarlaşdırmaqla, onların xidmətində maraqlı olmadığını göstərib.
Transfer çalışmalarını sürətləndirən “Qalatasaray”ın baş məşqçisi Fatih Terim ona lazım olan bu 2 mövqeni təcrübəli legionerlərlə doldurmağı qərara alıb. İtalyan həmkarlarımız Braziliya millisinin də üzvü olan Feliponun meneceri Joze Rodriges Basterin İstanbula gələrək, “Qalatasaray”ın rəhbərliyi ilə görüşdüyü bildirib.
Danışıqların müsbət nəticələnməsinə işarə edən daha bir məqam futbolçuya göz dikən “San-Paulo”nun prezidentinin “Melo Türkiyəyə gedəcək” açıqlamasıdır. O, bununla “Qalatasaray” azarkeşlərinə xoş müjdə verib.

0
0