Hər gün 31 min dollar
20.07.2011 - 15:19
İyul 21-24-də Binə Atçılıq Mərkəzində Atçılıq Federasiyasının və Gunay Bankın sponsorluğu ilə konkur növü üzrə CSI2* kateqoriyalı beynəlxalq “Günay Kuboku” turniri keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışın ümumi mükafat fondu 124 min dollardır. 4 gün davam edəcək turnirdə hər gün 31 min dollar mükafat uğrunda mübarizə gedəcək.
Yarışda 18 at və 10 çapar mübarizə aparacaq. Turnirin ilk günü idmançılar “Studbook MNM Azerbaijan” mükafatı uğrunda yarışacaqlar. İkinci gün “Günay Sığorta”nın, üçüncü gün isə “Günay Maliyyə” mükafatlarının sahibləri müəyyənləşəcək.
Nəhayət, iyulun 24-də iştirakçılar “Qrand Pri” yarışında “Günay Bank”ın mükafatı uğrunda mübarizəyə qatılacaqlar. Turnirdə Azərbaycanlı çaparlarla yanaşı, Gürcüstan və Polşadan olan idmançılar da iştirak edəcəklər. Beynəlxalq turniri idarə edəcək hakimlər Türkiyə, İran və Rusiyadan dəvət olunublar.
Qeyd edək ki, yarışlar hər gün saat 18-də start götürəcək.

0
0