“Artıq qrup mərhələsinə düşməyin vaxtıdır”
20.07.2011 - 23:25
“Bilirik ki, Azərbaycan xalqı bizdən yeni uğurlar gözləyir. Bu bizim məsuliyyətimizi daha da artırır". Apasport.az saytının məlumatına görə, bu sözləri "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl deyib.
O bildirib ki, artıq qrup mərhələsinə düşməyin vaxtı çatıb: "Biz yaxşı başa düşürük ki, azarkeşlər "Qarabağ"a daha çox inanır və ondan yeni qələbələr gözləyir. Təbii ki, bu da komandaya əlavə güc verir. Komandanın motivasiyası da yerindədir. Artıq qrup mərhələsinə düşməyin vaxtıdır. Səfərdə bir neçə şansımız olsa da, bundan yararlana bilmədik. Transferlərə gəldikdə isə komanda daha çox yerli futbolçulara güvənir. Biz məhz yerli futbolçularla uğur qazanmaq istəyirik. Çalışırıq ki, Azərbaycan xalqını sevindirək”.

0
0