Mövsümün 2-ci istefası: Ya Avroliqada mərhələ keç, ya istefa ver!
22.07.2011 - 13:46
İyunun 30-da avrokuboklarla başlayan 2011/12 mövsümünün arxada qalan 23 günü artıq 2 baş məşqçi istefası ilə yadda qalıb. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”dan ayrılan Mirça Rednik AZAL-dakı həmkarı Nazim Süleymanovun yolu ilə gedib.
Lənkəran təmsilçisinin tarixinə ilk baş məşqçi kimi düşən Süleymanov kimi bu klubun hələlik sonuncu çalışdırıcısı da Avropa Liqasında mərhələ keçmədiyindən istefa verib. Belə ki, avrokuboklara “Olimpik-Şüvəlan” adı ilə qatlan paytaxt təmsilçisi Belarus “Minsk” klubunu keçmədiyindən dərhal sonra Süleymanov istefa vermişdi.
“Ən azı 1 mərhələ keç, ya da istefa ver” prinsipinin əsasını qoyan Süleymanovun yolunu Rednik davam etdirib. Rumıniyalı İsrail “Makkabi”si ilə cavab oyunundan sonra postunu tərk edib. O da Təl-Əvib təmsilçisi ilə evdə heç-heçə edib səfərdə uduzmaqla mübarizəni dayandırıb.
Lakin “Ən azı 1 mərhələ keç, ya da istefa ver” prinsipi yalnız Avropa Liqasına şamil olunur. Bu yarışda mərhələ keçə bilməyən AZAL və “Xəzər Lənkəran” baş məşqçisini dəyişib. Çempionlar Liqasında isə mərhələ keçmək vacib deyil. Hər halda bu 2 komanda kimi səfərdə uduzub, evdə heç-heçə edən “Neftçi”də baş məşqçi dəyişikliyi edilmədi. Hərçənd Arif Əsədovun yetirmələri top fərqinə görə AZAL və “Xəzər Lənkəran”dan da zəif çıxış ediblər. Amma bu prinsipin Çempionlar Liqasına şamil olunmaması da səbəbsiz deyil.
Birincisi, Çempionlar Liqası Avropa Liqası ilə müqayisədə qat-qat güclüdür. Bunu daha sanballı turnirin müxtəlif mərhələlərində uduzanlar üçün də təsəlliverici turnir olan Avroliqaya qatılması da təsdiqləyir. İkincisi, “Neftçi”nin rəqibi digər 3 komandanın rəqibləri ilə müqayisədə xeyli güclüdür və bu göz qabağındadır. Üçüncüsü isə 2 ay əvvəl qazanılan qızıl medalların qoxusu buna imkan verməyib.
“Ən azı 1 mərhələ keç, ya da istefa ver” prinsipi “Xəzər Lənkəran”da daha aktualdır. Tarixində 5 dəfə qitə arenasına çıxan lənkəranlılar UEFA kubokundakı debüt mövsümündə (2005/06) Rasim Kara ilə uğursuzluğu bağışlamışdı. Növbəti cəhddə (2007/08) “Neftçi” kimi Çempionlar Liqasında Zaqreb “Dinamo”suna məğlubiyyətə ağır don heydirməmişdi.
Sonra isə Polşa “Lex”i və Moldova “Olimpiya”sına məğlubiyyət zamanı “Ən azı 1 mərhələ keç, ya da istefa ver” prinsipinə əməl olunmuşdu. Həm 2008/09, həm də 2010/11 mövsümündə vəzifəsindən kənarlaşdırılan Ağasəlim Mircavadov idi. Onun baş məşqçi postundakı xələfi Rednik də Mircavadobun yolunu davam etdirərək mərhələ keçə bilməmələrindən sonra istefa verdi.

0
0