Nikolay Pisarev: Azərbaycan yığmasını əla tanıyırıq
31.07.2011 - 09:03
“Püşkün nəticələri normaldır. Biz bu qrupdan çıxmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya Futbol İttifaqının idman direktoru Nikolay Pisarev deyib.
O, DÇ-2014-ün seçmə mərhələsinin püşkatmasını dəyərləndirib, Rusiya, Portuqaliya, İsrail, Şimali İrlandiya, Azərbaycan və Lüksemburqun yer aldığı F qrupuna qiymət verib. Pisarev ayrı-ayrı rəqiblərə toxunaraq yığmamızı da vurğulayıb: “Qeyri-adi heç nə yoxdur. Bütün rəqiblər gücümüzə görədir. Sadəcə hamısına köklənmək lazımdır. Azərbaycan yığmasını əla tanıyırıq. Bir sözlə yaxşı qrupa düşmüşük”.

0
0