Toni Adams həmkarının cavabını verdi: Mən onun yerində olsaydım...
31.07.2011 - 07:34
“Turnirin ilk oyununda əvəzedici futbolçulara şans verməyi daha məqsədəuyğun saydım. Mənim üçün turnirin ilk oyununda nəticə yox, əsas futbolçuların yoxlanılması daha vacibdir”. Apasport.az saytının Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri “Qəbələ” klubunun baş məşqçisi Toni Adams bildirib. Qəbələdə startı verilən 1-ci “Jalə” Beynəlxalq Futbol Turnirində Gürcüstanın “Dila” klubu ilə görüşən komanadamız 1:3 hesabı ilə uduzdu. Adams ilk oyunda daha çox əvəzedici, az oynayan, gənc, təcrübəsiz futbolçuları meydana buraxdı ki, bu da birbaşa nəticəyə təsir göstərdi. Bunun sayəsində “Qəbələ” özünün təşkil etdiyi yarışın qalibi olmaq imkanından məhrum oldu. Ancaq buna görə üzülməyən Adamsı futbolçuları iş başında görməyi daha üstün tutur: “İlk oyun gənc futbolçularımız üçün böyük bir təcrübə oldu. Bu, onlar üçün çox yüksək səviyyəli bir oyun oldu. Gənclərimiz belə beynəlxalq oyunlarla təcrübələrini artıraraq, inkişaf edə bilərlər. Əsas heyətimiz meydana çıxmamışdı və bu, ilk dəqiqələrdə özünü göstərdi. Gənc futbolçularımızda təcrübə azdır və onlarda oyunun əvvəlində həyəcan vardı. Bunun özünü göstərməsi nəticəsində artıq ilk dəqiqələrdə hesabda 0:2 geri düşdük. Bəzi gənclərimizi “yandırmaq istəmədik” və onları meydandan alandan sonra oyunumuz balanslaşdı. Sonradan meydana buraxdığım Rey Məmmədbəylidən razı qaldım. O, oyunun sonunda yeganə qolumuzu vurdu. 3-cü yer uğrunda əsas heyəti meydana buraxacağam.
Yalnız zədəli Aleksandr Çertoqanov kənarda qalacaq”.
“Dila”nın baş məşqçisi Georgi Setadze finala çıxmalarına baxmayaraq, “Qəbələ”nin meydana buraxdığı heyətdən razı qalmayıb. Çünki o, əsas heyətlə oynamaq istəyirmiş. Adams gürcü həmkarının cavabını verdi: “Mən onun yerində olsaydım, razı qalardım. Çünki onlar “Qəbələ” ilə oynayırdılar və qalib gələrək, finala çıxdılar. Mən Azərbaycan milli komandasının növbəti toplanışını və Londondan təlim-məşq toplanışından yeni qayıtmağımızı da nəzərə alıram. Milliyə bir sıra futbolçularımız çağırılıb və onları qorumalıyam”.
Mehman SÜLEYMANOV
QƏBƏLƏ

0
0