İqor Şalimov: Azərbaycan sürpriz etməyə qadirdir
31.07.2011 - 10:18
İqor Şalimov: Azərbaycan sürpriz etməyə qadirdir
“Daha pis qrupa düşə bilərdik. İspaniya, Almaniya və Hollandiya ilə işimiz çox çətin olardı. Əlbəttə ki, daha asan qrupa da düşə bilərdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya futbolunun veteranı İqor Şalimov deyib.

Ötənlərin tanınmış futbolçusu DÇ-2014-ün seçmə mərhələsinin püşkünü dəyərləndirərək Azərbaycan yığması haqda da danışıb: “Azərbaycan millisi sürpriz etməyə qadir komandadır. Elə bu yaxınlarda onlar Türkiyə yığmasını məğlub etmişdilər”.

Qeyd edək ki, Şalimov Rudiya Futbol İttifaqının idman direktorunun müavinidir.