Superkubokun qalibi müəyyənləşdi
31.07.2011 - 10:42
Daha bir ölkədə Superkubok matçı keçirilib. Apasport.az saytının məlumatına görə, Hollandiyanın ən yaxşıları “Ayaks” və “Tvente” üz-üzə gəliblər. Ölkə kubokunun qalibi olmuş sonuncular 2:1 hesabı ilə qalib gəlib. Yanko və Ruizin müvafiq olaraq 21 və 68-ci dəqiqələrdəki qolları komandaya qələbə qazandırıb. “Ayaks” 54-cü dəqiqədə Alderveyreldlə qol sevinci yaşayıb.
0
0