“Bizə Lüksemburq və Azərbaycandan maksimum xal almaq qalır”
31.07.2011 - 11:35
“Bizə Lüksemburq və Azərbaycandan maksimum xal almaq qalır”
“Kifayət qədər güclü qrupa düşdük. Lakin daha pis ola bilərdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Şimali İrlandiya yığmasının baş məşqçisi Naycel Uortinqton deyib.

O, DÇ-2014-ün seçmə mərhələsinin püşkünə münasibət bildirib: “Bizi uzaq səfərlər gözləyir. Lakin buna hazırıq. Rusiya fantastik yığmadır, İsrail güclüdür, Portuqaliya ulduzunu hamı tanıyır. Bizə Lüksemburq və Azərbaycandan maksimum xal almaq qalır".