Berti Foqts qalır, yoxsa gedir?
31.07.2011 - 12:05
Berti Foqts qalır, yoxsa gedir?
Azərbaycan yığması 2014-cü il dünya çempionatının seçmə mərhələ oyunlarına yeni baş məşqçi ilə başlaya bilər. Apasport.az saytının xəbərinə görə, AFFA rəhbərliyinin almaniyalı çalışdırıcı Berti Foqtsla vidalaşacağı istisna olunmur.

Belə ki, assosiasiyanın baş katibi Elxan Məmmədov DÇ-2014-ün püşkünə münasibət bildirərkən Foqtsun hesabat verəcəyini deyib: “Berti Foqtsun millimizin baş məşqçisi vəzifəsində cari seçmə mərhələnin sonuna qədər müqaviləsi var. Mövsümün sonunda Foqts AFFA rəhbərliyinə baş məşqçi kimi fəaliyyəti və millinin nəticələri haqda geniş hesabat verəcək. Bundan sonra onunla müqavilənin artırılıb-artırılmaması barədə qərar qəbul olunacaq”.

Qeyd edək ki, Foqtsun millimizlə müqaviləsi bu ilin noyabrında başa çatır.