Mehman Allahverdiyev: Bunu yaradan insanlara halal olsun
31.07.2011 - 12:36
“Açığı, finalda rəqib kimi “Qəbələ”ni gözləyirdik. Ancaq təəssüflər ki, bu alınmadı. Bunu o mənada deyirəm ki, finalda öz ölkəmizin komandası ilə oynamaq istərdik. Ancaq “Dila” ilə düşdük və ona qalib gəlməyə çalışacağıq”. Bu fikirləri apasport.az saytının Qəbələyə ezam olunmuş əməkdaşına açıqlamasında “Kəpəz”in baş məşqçisi Mehman Allahverdiyev deyib.
Gəncə təmsilçisi Qəbələdə keçirilən I “Jalə” Beynəlxalq Futbol Turnirinin finalına Gürcüstanın “Spartak” klubuna 3:2 hesabı ilə qalib gələrək çıxdı. Allahverdiyev Gürcüstan təmsilçilərini müqayisə etmək istəmədi: “Spartak”ın “Dila”dan güclü olub-olmadığını dəqiqə deyə bilmərəm. Futbolda əvvəldən heç nə demək olmaz. Ancaq finalda yüz faiz qalib gəlmək istəyirik. Biz ilk dəfə keçirilən turnirin ilk qalibi kimi tarixə düşmək istəyirik. Bunlar çempionat qabağı bir yoxlama oyunlarıdır. Onu da deyim ki, 2 gün dalbadal isti havada oynamaq bir qədər çətinlik törədir”.
Təcrübəli mütəxəssis turnirdən razı qalaraq, onu təşkil edənlərə minnətdarlığını çatdırdı: “Sağ olsunlar ki, bunu təşkil etdilər. Çox gözəl turnirdir, doğrudan da adama ləzzət edir. Belə gözəl meydançalarda oynayırıq. Bunu yaradan insanlara halal olsun. “Qəbələ” klubunun rəhbərliyinə minnətdarlığımı bildirirəm. Allah qoysa, gələcəkdə turnir yenə keçirilər və biz də iştirak edərik. Fikrimcə, bu, ənənə halını almalı, komandaların sayı artmalıdır. Komandalar sayı çox olsa, təlim-məşq toplanışı kimi 10-12 gün qalmaq olar”.
Mehman SÜLEYMANOV
QƏBƏLƏ

0
0