Pavel Poqrebnyak: Azərbaycan millisi hədiyyə deyil
31.07.2011 - 13:51
Pavel Poqrebnyak: Azərbaycan millisi hədiyyə deyil
Rusiya milli komandasının futbolçusu Pavel Poqrebnyak Azərbaycan yığması ilə Bakıdakı oyunu unutmayıb. Apasport.az saytının məlumatına görə, Almaniyanın “Ştutqart” klubunun üzvü DÇ-2014-ün seçmə mərhələsinin püşkatmasını dəyərləndirib.

O, millimiz haqda da danışıb: “Berti Foqtsun yetirmələri ilə səfərdə 1:1 etdiyimizi unutmamışam. Bu komanda öz meydanında heç kim üçün hədiyyə deyil. Amma hər şey bizim özümüzdən asılıdır”.