“Qarabağ” Avroliqa ilə şərəflə vidalaşdı - YENİLƏNİB
04.08.2011 - 21:53
“Qarabağ” Avroliqa ilə şərəflə vidalaşdı - YENİLƏNİB
Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, avrokuboklarda yeganə təmsilçimiz “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Brügge” klubunu qəbul edib.

Bir həftə öncə Belçikada darmadağınla üzləşdiyindən (1:4), mərhələ keçməsi üçün Ağdam təmsilçisinə bu qarşılaşmada 3:0 hesablı qələbə lazım idi. Amma komandamız möcüzə edə bilməsə də, hər halda, adlı-sanlı rəqibi üzərində qələbə qazanmağı bacarıb.

Matçın sonlarında əvəzlənmədən meydana çıxan Bəxtiyar Soltanovun vurduğu qol “Qarabağ”a qələbə qazandırsa da, mərhələ adlamaq üçün yetərli olmayıb.


Avroliqa, III təsnifat mərhələsinin cavab oyunları
4 avqust


“QARABAĞ” (AZƏRBAYCAN) – “BRÜGGE” (BELÇİKA) - 1:0
QOL: Bəxtiyar Soltanov, 87
Baş hakim: Saşa Kever (İsveçrə)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 1:4

"Qarabağ": 99. Boyan Pavloviç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 4. Zaur Həşimov, 9. Bəxtiyar Soltanov, 10. Emin İmaməliyev, 18. İlqar Qurbanov, 20. Nderim Nedzipi, 23. Tural İsgəndərov.

"Brügge": 1. Kolin Kusemans, 2. Tom Hoqli, 3. Mixael Almedak, 8. Lior Refaelov, 9. Byorn Vleminks, 13. Viktor Vaskes, 18. Rayan Donk (k), 19. Tomas Menuer, 20. Tibaut Van Aker, 28. Yannes Vansteenkiste, 32. Vadis Odjidja.
Ehtiyat oyunçular: 33. Vladimir Kuyoviç, 4. Karl Hufkens, 6. Niki Zimlinq, 50. Sven Doest, 15. Yozef Akpala, 16. Maksim Lestyen, 26. Fries Deşilder.