Petroviç “Qəbələ”nin futbolçusunun adını avqustun 5-də açıqlayacaq
03.08.2011 - 17:20
Serbiya milli komandasının baş məşqçisi Vladimir Petroviç Azərbaycan yığmasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Rusiya ilə yoldaşlıq görüşünə heyəti avqustun 5-də açıqlayacaq. Apasport.az saytının məlumatına görə, bu haqda Serbiya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb. Petroviç “Qəbələ” klubunun yeni transferi Veselijko Trivunoviçi avqustun 10-da Moskvadakı görüşə çağırdığını mətbuat konfransında elan edəcək. Bu, Serbiyanın Avro-2012-in seçmə mərhələ oyunları öncəsi son sınağı olacaq.
Trivunoviç “Qəbələ” ilə 1 illik müqavilə bağladıqdan sonra rəsmən onun futbolçusu oldu. 31 yaşlı yarımmüdafiəçi milliyə dəvət olunmağı ilə bağlı məlumatlanıb və yoldaşlıq görüşünə 2 gün qalmış düşərgədə olacaq.

- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
- Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda
- Fabianski karyerasını başa vurdu – Polşalı qapıçı futbolla vidalaşdı
0
0