Subaşiç Hacıyevskinin komandasında peyda oldu
04.08.2011 - 17:00
Azərbaycan yığmasının sabiq futbolçusu Branimir Subaşiç yenidən Asiyaya üz tutub. Apasport.az saytının məlumatına görə, 2 il öncə “Çanqçun Yatay” klubunun heyətində Çin çempionatının bürünc medalını qazanan 29 yaşlı milliləşdirilən serbiyalı hücumçu bu dəfə xoşbəxtliyini Ərəbistan yarımadasında axtarır.
O, Səudiyyə Ərəbistanı təmsilçisi “Najran”da baxışdadır. Əslində, Branimirin bu komandaya yollanması da təsadüfi deyil. Çünki yaxında “Najran”ın “sükanı arxasına” Qyoko Hacıyevski keçib.
Makedoniyalı mütəxəssis ölkəmizdə “Bakı” və “Simurq”u çalışdırdığı vaxtdan “Neftçi” və “Qəbələ”də oynamış Subaşiçi yaxşı tanıyır. Üstəlik, Branimir milli komandamızda Hacıyevskinin rəhbərliyi altında da oynayıb.
Subaşiç bundan əvvəl Almaniya klubuna keçməyə çalışsa da, istəyinə çatmayıb.
Belə ki, hücumçu Drezden “Dinamo”sunun düşərgəsində yer alsa da, transferi baş tutmayıb. Vaxtilə Almaniya çempionu olan bu komanda hazırda II Bundesliqada çıxış edir və mövsümlərarası fasilədə “Xəzər Lənkəran”la Avstriyadakı yoldaşlıq görüşündən qolsuz bərabərliklə ayrılmışdı.
Qeyd edək ki, ötən mövsümü “Qəbələ”də keçirən Subaşiçi ölkəmizə qaytarmaqda “İnter” də maraqlıdır.
Mehman SÜLEYMANOV

0
0