Özilsiz Bundestim
04.08.2011 - 17:21
Avro-2012-in seçmə mərhələsində millimizin rəqibi olan Almaniya yığması heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Bundestimin baş məşqçisi Yoahim Löv son oyununu keçirdiyi yığmamızla avqustun 7-dəki rəsmi matçla müqayisədə avqustun 10-da Braziliya ilə yoldaşlıq görüşünə heyətdə bir sıra dəyişiklik edib.
O, yığmanın lideri, millimizə Bakıda qol vuran Məsut Özillə onun “Real”dakı komanda yoldaşı Sami Hediraya bu dəfə dəvət göndərməyib. Löv bu futbolçuların madridlilərin heyətində ABŞ və Çindən yeni qayıtmalarını nəzərə alıb.
Löv Bakıya gətirmədiyi bir sıra futbolçuları yığmaya qaytarıb. Bunlar son vaxtlar zədəli olan Kakau, Bastian Şvaynştayger, Jerom Boatenq, Sven Bender və Miroslav Klozedir. Bu yay “Bavariya”dan “Latsio”ya keçən Kloze yığmada 110-cu oyununu keçirəcək.
Qapıçılar: Manuel Noyer (“Bavariya”), Tim Vize (“Verder”)
Müdafiəçilər: Dennis Aoqo (“Hamburq”), Holger Badştuber, Jerom Boatenq, Filipp Lam (“Bavariya”), Benedikt Hövedes (“Şalke”), Mats Hummels (“Borussiya”, D), Kristian Treş (“Volfsburq”)
Yarımmüdafiəçilər: Sven Bender, Maroo Getse, İlkay Gündoğan (hamısı “Borussiya”, D), Toni Kroos, Tomas Müller, Bastian Şvayntayger (hamısı “Bavariya”), Lukas Podolski, (“Köln”), Marko Roys (“Borussiya”, M), Simon Rolfes, Andre Şürle (hər ikisi “Bayer”)
Hücumçular: Kakau (“Ştutqart”), Maro Qomes (“Bavariya”), Miroslav Kloze (“Latsio”)

0
0