Marius Onofraş: “Xəzər Lənkəran”da cəmi 2 oyun keçirdim, heç nə anlamıram
04.08.2011 - 17:42
“Komandanın heyətində cəmi 2 oyun keçirdim, heç nə anlamıram. Avroliqada İsrailin “Makkabi” klubu ilə göreüşdə uğursuzluqdan sonra klub rəhbərliyi bu məsələyə ciddi reaksiya göstərdi”. Apasport.az saytının xəbərinə görə, bu sözləri rumıniyalı futbolçu Marius Onofraş deyib.
Az öncə “Xəzər Lənkəran”dan ayrılan futbolçu vətənində jurnalistlərlə söhbətində “Xəzər Lənkəran”da başına gələnlərdən danışıb: “Mənə müqavilənin qarşılıqlı surətdə dayandırılması təklif edildi. Baxmayaraq ki, mənimlə müqavilə imzalananda klub müəyyən öhdəlik götürmüşdü. Başa düşmürəm, müqavilədə olan vədlər niyə yerinə yetirilmədi? Neyləmək olar, mən onların bu təklifini qəbul etdim. Artıq azad futbolçuyam”.

0
0