Adri Koster: “Qarabağ” qrup mərhələsində oynamağa hazır deyil
04.08.2011 - 22:20
“Rəqibin ilk dəqiqələrdən irəli atılacağını gözləyirdik. Buna hazırlaşsaq da, ilk hissədə pis oynadıq. Lakin ikinci hissədə sol cinahdan təhlükəli hücumlar qura bildik”. Apasport.az saytının xəbərinə görə, bunu “Brügge”nin baş məşqçisi Adri Koster deyib.
Belçika təmsilçisi Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda Bakıda “Qarabağ”a minimal hesabla uduzdu – 0:1. Görüşdən sonra təşkil olunan mətbuat konfransında Koster Ağdam təmsilçisii tərifləməyi də unutmayıb.
“Yaxşı ki, erkən qol buraxmadıq. Yoxsa, işimiz bir qədər də çətin olardı. Rəqib isə yaxşı komandadır. Əgər növbəti mövsümdə də bu heyəti saxlaslar, qrup mərhələsində oynaya bilərlər. Amma indi buna hazır deyil. “Qarabağ”ın heyətində Adamiya, Sadiqov və İsmayılovun oyunu xoşuma gəldi” – deyə Koster bildirib.
Xatırladaq ki, “Brügge” ilk oyunda 4:1 hesablı qələbə qazandığından növbəti mərhələyə keçib.

0
0